"AzerGold"un ixrac gəlirləri 31 %-dən çox artıb

Sənaye
  • 01 iyul, 2026
  • 16:51
AzerGoldun ixrac gəlirləri 31 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında "AzerGold" QSC 107,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 25,7 milyon ABŞ dolları və ya 31,4 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.