Azərbaycanda hidrogenə keçid imkanlı müasir dəmir istehsalı müəssisəsi qurulacaq

Sənaye
  • 23 sentyabr, 2025
  • 15:54
Azərbaycanda hidrogenə keçid imkanlı müasir dəmir istehsalı müəssisəsi qurulacaq
Ceyhun Əliyev

Qazaxıstanın "Fonte GreenMet Investments Fund" şirkəti ilə "Daşkəsən Dəmir Filiz" MMC arasında imzalanmış müqaviləyə əsasən, illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodu Şəmkir rayonunda inşa ediləcək.

"Report" xəbər verir ki, bunu "Daşkəsən Dəmir Filiz" MMC-nin baş direktoru Ceyhun Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-ci günündə təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, zavodun 2029-cu ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

"İstehsal prosesində ən müasir texnologiyalar tətbiq olunacaq və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi əsas prioritet olacaq. Yeni müəssisə birbaşa reduksiya (DRI - direct reduced iron) texnologiyası ilə fəaliyyət göstərəcək. Bu üsul ənənəvi domna sobaları ilə müqayisədə karbon emissiyalarını 60 %-dək azaldır. Burada kömür əvəzinə təbii qazdan istifadə ediləcək, gələcəkdə isə qazın hidrogenlə əvəzlənməsi imkanı yaradılacaq ki, bu da sıfır karbon emissiyasına keçidi asanlaşdıracaq", - deyə C. Əliyev vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti