"Barselona"nın müdafiəçisi məşqlərə başlayıb
Futbol
- 23 sentyabr, 2025
- 17:34
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Aleks Balde komanda ilə birgə məşqlərə başlayıb.
"Report" "Sport.es"ə istinadən xəbər verir ki, futbolçu sentyabrın əvvəlində məşq zamanı sol ayağının diz vətərindən zədə almışdı.
Müdafiəçinin əvvəlki əzələ problemlərini nəzərə alan məşqçilər heyəti risk etməməyi və ona tam bərpa üçün kifayət qədər vaxt verməyi qərara alıb.
A.Balde sentyabrın 25-də baş tutacaq "Ovyedo" ilə matçı buraxacaq. Onun üç gün sonra keçirləcək "Real Sosyedad"la görüşdə iştirakı da sual altındadır.
21 yaşlı futbolçunun oktyabrın 1-də, "Barselona"nın UEFA Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəyi matçda meydana çıxacağı gözlənilir.
Son xəbərlər
23:13
Almaniya polisləri miqrasiya siyasətinə görə gücsüzlükdən şikayət edirlər
Digər ölkələr23:04
DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub edib - YENİLƏNİB-9
Futbol22:55
N12: Netanyahu və Katz İsrail ilə Livan arasında atəşkəs əmri veriblər
Digər ölkələr22:43
Yağıntılı hava şəraiti müşahidə olunur, Qazax və Ağstafaya dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya22:34
Foto
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
Region22:23
Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir
Digər ölkələr21:52
XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik
Xarici siyasət21:46
Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
Region21:43