Azərbaycan pambıq ipliyi istehsalını 23 % artırıb

Sənaye
  • 02 yanvar, 2026
  • 16:51
Azərbaycan pambıq ipliyi istehsalını 23 % artırıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 19,74 min ton pambıq ipliyi istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 5,21 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti