Azərbaycan əhəng istehsalını 66 % artırıb

Sənaye
  • 27 iyun, 2026
  • 15:37
Azərbaycan əhəng istehsalını 66 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 14,6 min ton əhəng istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66 % çoxdur.

Bu il iyunun 1-nə, ölkədə 6,5 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.