Tahir Abdullayev Bakıdakı UFC turnirində qələbə qazanıb

Fərdi
  • 27 iyun, 2026
  • 17:35
Tahir Abdullayev Bakıdakı UFC turnirində qələbə qazanıb

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Milli Gimnastika Arenasında təşkil olunan turnirində qələbə qazanıb.

"Report"un məlumatına görə, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.

Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.