Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
- 30 oktyabr, 2025
- 12:55
Xəstəxanalardakı növbə problemlərinin aradan qaldırılması üçün müntəzəm iş aparılır.
"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı keçirilən ciddi islahatlar hazırda növbə problemlərinin həllinə yönəlib:
"Müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Növbələrin aradan qaldırılması məqsədilə işlər görülür və tibb müəssisələrində növbə terminalları quraşdırılıb".
V.Qurbanov bildirib ki, Azərbaycanda yeni tibb müəssisələri istifadəyə verilib:
"Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır".