Gürcüstanda keçmiş infrastruktur nazirinin müavini həbs edilib - YENİLƏNİB

Region
  • 30 oktyabr, 2025
  • 21:36
Gürcüstanda keçmiş infrastruktur nazirinin müavini həbs edilib - YENİLƏNİB

Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib və keçmiş nazir İrakli Karseladzenin evində axtarış aparılıb.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini İya Axalaya brifinqdə bildirib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat çərçivəsində Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun kuratoru olan Koba Qabuniyanı dövlət siyasi məmuru tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlayıb", - o bildirib.

Tədbirlər kompleksi çərçivəsində 20 müxtəlif yerdə, o cümlədən Qabuniya, Karseladze və digərlərinin evlərində axtarışlar aparılıb.

Daha əvvəl Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun keçmiş icraçı direktoru David Tabidze fondun proqram rəhbəri və layihə rəhbəri ilə birlikdə saxlanılıb. Onlar istintaqla tam əməkdaşlıq ediblər və məhkəmə onların girov müqabilində azadlığa buraxılmaları barədə qərar verib.

"İctimaiyyətə o da məlumdur ki, "Lagi Capital" MMC-nin rəhbərləri 30 uşaq bağçasının bərpası üçün Bələdiyyə İnkişaf Fondundan ayrılan 9 365 801 lari məbləğində pulu mənimsəməkdə və 1 211 000 lari məbləğində qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunaraq həbs ediliblər", - Axaliya qeyd edib.

Gürcüstanın keçmiş regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin evində axtarış aparılıb.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

"Bələdiyyə fondunun kuratoru olan keçmiş infrastruktur və regional inkişaf nazirinin müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb", – qurumdan bildirilib.

Qeyd edək ki, Karseladze bu ilin aprel ayında Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki nazirliyə bölünməsindən sonra onun rəhbəri vəzifəsindən istefa verib.

Son xəbərlər

Bütün Xəbər Lenti