ÜST Avropada COVID-19-dan ölüm hallarının artacağını proqnozlaşdırır
Sağlamlıq
- 14 sentyabr, 2020
- 10:23
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq.
“Report” xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
“Daha çətin olacaq. Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”, - o deyib.
Qeyd edək ki, daha əvvəl ÜST dünən dünyada rekord sayda gündəlik koronavirusa yoluxma halı qeydə alındığını bildirmişdi. Qurum sentyabrın 13-də dünyada 307 930 yeni COVID-19 halı aşkar edildiyini xəbər vermişdi.
ÜST-ün məlumatına görə, 14 sentyabr tarixinə dünyada 28,6 milyondan çox insana koronavirus diaqnozu qoyulub. 917,4 min insan virusdan ölüb.
Son xəbərlər
18:53
Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib
Futbol18:47
Madaqaskarda güclü tropik "Fitiya" siklonu tüğyan edir
Digər ölkələr18:23
Paytaxt üzrə ilk dəfə elektron qaydada eksternat imtahanları keçirilib
Elm və təhsil18:09
Rusiya hökuməti istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv edir
Energetika17:59
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Hadisə17:57
Foto
Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
Fərdi17:53
Ötən il Azərbaycan polad boru istehsalını 95 % artırıb
Sənaye17:48
Foto
Türkiyədəki Azərbaycan icmasının üzvləri Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər
Daxili siyasət17:45