Travma tibbi yardım sistemi və özəl sektorun rolu
- 05 sentyabr, 2025
- 10:25

Travma tibbi yardım sisteminin mahiyyəti
Travma tibbi yardım sistemi səhiyyənin ən kompleks və çoxşaxəli sahələrindən biridir. Onun mahiyyəti qəfil və ağır xəsarət almış şəxslərə vaxtında, koordinasiyalı və elmi əsaslara söykənən yardım göstərməkdir. Bu sistem yalnız təcili tibbi yardımın deyil, həm də reabilitasiya, sosial dəstək və davamlı keyfiyyətin təmin olunmasını əhatə edir.
Travma tibbi yardım sisteminin əsas komponentləri aşağıdakılardır:
• İnsan resursları – ixtisaslı həkim, tibb bacısı, paramedik və reabilitasiya mütəxəssislərinin hazırlanması və daimi inkişafı;
• Logistika – xəstə nəqli, informasiya mübadiləsi və resursların koordinasiyası;
• Hospital – müxtəlif səviyyəli travma mərkəzlərinin funksional inteqrasiyası;
• Reabilitasiya (tibbi və sosial) – xəstənin yalnız sağ qalmasını deyil, cəmiyyətə tam inteqrasiyasını təmin edən proses;
• Maliyyələşmə və ödəmə sistemi – xidmətlərin davamlılığı üçün şəffaf və effektiv mexanizmlər;
• Təchizat zənciri – dərman, sarğı, implant və texnoloji avadanlıqların fasiləsiz təminatı;
• Davamlı yaxşılaşdırma – nəticələrin monitorinqi, səhvlərdən öyrənmə və təkmilləşmə;
• Standartlaşma və inteqrasiya – beynəlxalq protokolların tətbiqi və milli sistemlə uyğunlaşdırılması;
• İdarəetmə və requlyasiya – dövlət, özəl sektor və elmi cəmiyyətlər arasında koordinasiyalı fəaliyyət.
ORTOKLİNİK
ÖZƏL ORTOPEDİYA VƏ TRAVMA MƏRKƏZİ fəaliyyətə başladı.
ORTOKLİNİK – Azərbaycanda müasir ortopediya və travmatologiya sahəsində elmi əsaslara, klinik təcrübəyə və beynəlxalq protokollara əsaslanan unikal özəl tibbi təşəbbüsdür. Mərkəz dayaq-hərəkət sisteminin xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və cərrahi müalicəsində müasir tibbi metodları pasientlərə tətbiq edir. Məqsədimiz hərəkət azadlığını bərpa etməklə insanların həyat keyfiyyətini yüksəltməkdir.
Fəaliyyət Platforması:
ORTOKLİNİK Mediland Hospital nəzdində fəaliyyət göstərir. Geniş tibbi xidmət imkanlarını özündə cəmləşdirən Mediland hospital, multidissiplinar ortopediya və travmatologiya komandası ilə dayaq-hərəkət sisteminin xəstəliklərində SİZƏ dəstək olmaq üçün çalışır.
Klinikamızda bu sahə üzrə aşağırdakı xidmətlər verilir:
Oynaq xəstəlikləri-Arthroclinic
Travmalar-Traumaclinic
Uşaq ortopediyası-Pedorthoclinic
Əl xəstəlikləri-Handclinic
Ayaq xəstəlikləri-Footclinic
Deformasiyalar-Deformityclinic
Onurğa xəstəlikləri-Spineclinic
Ortopedik onkologiya-Orthoncoclinic
Regenerativortopediya- Sümük, əzələ, oynaq xəstəliklərində regenerativ təbabətin metodlarından istifadə edərək cərrahi olmayan müalicə üsullarını tətbiq edir.
ORTOKLİNİK-in özəl sektorda imkanları
Azərbaycan reallığında dövlət sistemi ilə yanaşı, özəl sektorun bu sahəyə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. ORTOKLİNİK olaraq biz aşağıdakı imkanları yaradırıq:
1. İxtisaslaşmış insan resursları
2. İnteqrasiya olunmuş hospital xidməti
3. Reabilitasiya
4. Tədqiqat və davamlı yaxşılaşdırma
5. Maliyyələşmədə innovativ modellər
6. Təchizat zəncirində iştirak
7. Standartlaşdırma təşəbbüsləri
8. Regional proqramlar
Beləliklə, inkişaf edən ORTOKLİNİK yalnız bir xidmət olaraq deyil, həm də özəl sektorun milli səhiyyə sisteminə strateji inteqrasiyasının nümunəsi kimi fəaliyyətə başlamışdır.
Bu yanaşma dövlətin təşkilati yükünü azaltmaqla yanaşı, xəstələr üçün seçim imkanlarını genişləndirir və travma tibbi yardım sisteminin keyfiyyətinin yüksəlməyinə xidmət edir.
ORTOKLİNİK sağlam seçimdir…
Travmatoloq Ortoped, Uzman Dr. Şəhriyar Fətullayev