TƏBİB: Sea Breeze Sağlamlıq Vadisi dövlət xəstəxanaları ilə rəqabət aparmayan tərəfdaş kimi çıxış edə bilər

Sağlamlıq
  • 23 sentyabr, 2025
  • 13:35
TƏBİB: Sea Breeze Sağlamlıq Vadisi dövlət xəstəxanaları ilə rəqabət aparmayan tərəfdaş kimi çıxış edə bilər

Sea Breeze Sağlamlıq Vadisi (Sea Breeze Health Valley" üzrə icbari tibbi sığorta çərçivəsində Sea Breeze-də yaşayan sakinlərin birbaşa sığortadan istifadə etməsi nəzərdə tutula bilər.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində (AIIF 2025) "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, Sabunçu, Xəzər və Suraxanı rayonlarının əhalisi üçün də əlavə imkan yaradaraq, həm xidmətlərə çıxışı asanlaşdıracaq, həm də dövlət xəstəxanalarının üzərindəki yükü azaldacaq:

"Bundan əlavə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə əməkdaşlıq nəticəsində həm yerli sakinlər, həm də xarici qonaqlar üçün təcili yardım xidməti operativ şəkildə təşkil edilə bilər".

V.Qurbanov qeyd edib ki, Health Valley dövlət xəstəxanaları ilə rəqabət aparmayan, əksinə onları tamamlayan tərəfdaş kimi çıxış edə bilər:

"Əsas mexanizm pasiyentin düzgün yönləndirilməsidir. Yəni hansı xidmət dövlət xəstəxanasında daha əlçatan olarsa ora, hansı xidmət Health Valley-in imkanları ilə daha səmərəli həyata keçirilə bilərsə bura yönləndiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti