TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq
- 30 oktyabr, 2025
- 12:02
Ölkə üzrə çağrı xidmətinin "Regional çağrı mərkəzləri" formatında qurulması planlaşdırılır.
"Report" xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər qurulacaq Abşeron çağrı mərkəzi yeni ştat cədvəlinə əsasən komplektləşdirilir:
"İlin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı mərkəzində qurulması və tətbiqi prosesi bitir. Bu il rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır. 2026-cı ilin ilk yarısında rayon stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşacaq".
E.Məmmədli bildirib ki, gələn ilin sonuna qədər ölkə üzrə regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq.