Rostovda həbsxanada terror aktının qarşısı alınıb

Region
  • 30 oktyabr, 2025
  • 18:20
Rostovda həbsxanada terror aktının qarşısı alınıb

Rusiyanın Rostov vilayətində penitensiar müəssisələrdən birində terror aktının hazırlanmasının və insanların girov götürülməsinin qarşısı alınıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsinin "v" bəndi ("Terror aktının törədilməsinə hazırlıq") ilə nəzərdə tutulmuş cinayətin törədilməsi faktı ilə bağlı cinayət işi açılıb", - məlumatda deyilir.

İstintaqın versiyasına görə, 2025-ci ilin aprelindən iyul ayına qədər şübhəli şəxs Rostov vilayətinin penitensiar müəssisələrindən birində olarkən, müəssisənin əməkdaşlarını girov götürmək üçün plan hazırlayıb. Cinayətkar terror aktını həyata keçirə bilməyib. İstintaq Komitəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.

Qeyd olunur ki, şübhəli şəxs əvvəllər terror xarakterli cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti