Reanimasiyada və tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı azalıb
Sağlamlıq
- 25 avqust, 2020
- 12:31
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
“Report” xəbər verir ki, hazırda xəstələrin 161-i reanimasiyadadır. 20 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 1 848 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 35 559 nəfərə, sağalanların sayı 33 190 nəfərə, vəfat edənlərin sayı isə 521 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün - avqustun 24-də reanimasiyada olan xəstələrin 181, süni tənəffüs cihazına qoşulan xəstələrin sayı isə 21 nəfər idi.
Son xəbərlər
08:51
Yaponiyanın məşhur şirkəti ABŞ-dən avtomobilərin idxalını artıra bilər
Digər ölkələr08:42
"Qalatasaray"ın hücumçusu İkardi "Milan"a keçə bilər
Futbol08:17
"Euroclear" Rusiyanın dondurulmuş aktivlərindən təxminən 16 milyard avro qazanıb
Digər ölkələr07:56
"Kuaizhou-11" raketi Çinin iki peykini orbitə çıxarıb
Digər ölkələr07:21
Tramp: ABŞ təkcə Venesueladakı narkotik kartellərinə zərbələr endirməyəcək
Digər ölkələr06:46
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Futbol06:08
Trampın xüsusi elçisi Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Digər ölkələr05:36
Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb
Digər ölkələr05:14