"Euroclear" Rusiyanın dondurulmuş aktivlərindən təxminən 16 milyard avro qazanıb
- 13 dekabr, 2025
- 08:17
Belçikanın "Euroclear" depozitarı 2022-ci ilin fevralından bəri saxlanılan Rusiya aktivlərindən təxminən 16 milyard avro gəlir qazanıb.
"Report"un xəbərinə görə, bu rəqəmləri Rusiya mediası maliyyə qurumunun məlumatlarına açıqlayıb.
2022-ci ildə qurum Rusiyanın Mərkəzi Bankının və özəl investorlarının sanksiyalı aktivlərindən təxminən 821 milyon avro əldə edib; bir il sonra bu məbləğ artaraq 4,4 milyard avroya, 2024-cü ildə isə 6,9 milyard avroya çatıb.
Bu ilin ilk doqquz ayı ərzində "Euroclear"ın gəliri 3,9 milyard avro təşkil edib.
Təhlillərə görə, bu gəlirin əsas hissəsi Rusiya Bankının dondurulmuş aktivlərindən gəlir və onlar yalnız ötən il ayrıca uçota alınıb. O vaxtdan bəri onların ümumi həcmi 8,9 milyard avroya çatıb. Təxminən 4 milyard dollar potensial olaraq 2022-2023-cü illərdə əldə edilən gəlirlərə aid edilə bilər.
Xatırladaq ki, Avropa İttifaqı dünən Rusiyanın dondurulmuş aktivlərini birdəfəlik bloklayıb.