Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin sayı açıqlanıb
Sağlamlıq
- 20 oktyabr, 2025
- 17:34
Hazırda Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu ilə 18 min 639 nəfər qeydiyyatdadır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu qoyulmuş 8 min 82 nəfər beş il və daha çox yaşayan insanlardır.
"Ötən il 2 876 nəfərin ilkin diaqnozda süd vəzisinin xərçəngi olduğu qeydə alınıb. Bunlardan 610-u profilaktik baxış zamanı aşkarlanıb. 2024-cü ildə 1309 nəfərdə birinci və ikinci mərhələdə, 878-də üçüncü mərhələdə, 487 nəfərdə isə dördüncü mərhələdə süd vəzi xərçəngi aşkarlanıb", - baş həkim vurğulayıb.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
Son xəbərlər
02:57
ABŞ-də məktəbdə hücum zamanı beş nəfər bıçaqlanıb
Digər ölkələr02:49
Tokayev investorları və mütəxəssisləri cəlb etmək üçün miqrasiya siyasəti islahatını təsdiqləyib
Digər ölkələr02:36
İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb
Digər ölkələr02:19
Abbas Əraqçi və İqnasio Kasis Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Region01:51
ABŞ Nümayəndələr Palatası DTN-nin maliyyələşdirilməsi haqqında qanunu təsdiqləyib
Digər ölkələr01:34
UEFA Avropa Liqası: "Braqa" və "Nottinqem Forest" qalib gəlib
Futbol01:30
Goranboyda avtomobil marketin hasarına çırpılıb, ölən və xəsarət alan var
Hadisə01:22
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib
Futbol01:10