ABŞ-də məktəbdə hücum zamanı beş nəfər bıçaqlanıb
Digər ölkələr
- 01 may, 2026
- 02:57
ABŞ-nin Vaşinqton ştatında məktəbdə baş verən bıçaqlanma nəticəsində azı beş nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "Fox News" telekanalının yerli şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə cümə axşamı saat 12:00-dan sonra Takoma şəhərindəki orta məktəbdə baş verib.
Beş nəfər xəstəxanaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağır hesab olunur.
Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri barədə hələ məlumat verilmir.
"NBC News"un yerli şöbəsi bildirib ki, yaralananlardan dördü şagird, biri mühafizəçidir.
Son xəbərlər
14:30
Zelenski: Ukraynada yol qəzası olub, 12 nəfər ölüb
Hadisə14:30
Video
Masazırda maşın yanıb
Hadisə14:24
Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı kəskin artıb
İKT14:18
"İmişli" braziliyalı müdafiəçi Rafael Vieqaşla yolları ayırıb - YENİLƏNİB
Futbol14:13
"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib
Futbol14:06
İstanbulun bir hissəsini su basıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb
Region13:48
"Azərxalça" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:48
İmişlidə zəlzələ olub
Hadisə13:41