Azərbaycanda partiya sədri koronavirusa yoluxub

Sağlamlıq
  • 19 may, 2021
  • 06:58
Azərbaycanda partiya sədri koronavirusa yoluxub
Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Bu barədə "Report"a özü məlumat verib.

Partiya sədri bildirib ki, hazırda ev şəraitində müalicə alır: "Ailə üzvlərim də koronavirusa yoluxub. Özünüzü qoruyun!"