Azərbaycanda ilk dəfə "Autoimmun laboratoriyası" yaradılıb

Sağlamlıq
  • 19 dekabr, 2025
  • 12:45
Azərbaycanda ilk dəfə Autoimmun laboratoriyası yaradılıb

Azərbaycanda ilk dəfə "Autoimmun laboratoriyası" yaradılıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

İcraçı direktor bildirib ki, hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, Yeni Klinika və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir.

V.Qurbanov həmçinin qeyd edib ki, hemofiliya dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur:

"O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə "Genexpert" testləri tətbiq edilir və bu çərçivədə 11 min 200 test icra olunub.

Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda 5 müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur. 2020-ci ildən etibarən bu vaxta qədər TƏBİB-in tabeliyində olan heç bir tibb müəssisəsinin laboratoriyalarında PZR laboratoriyası fəaliyyət göstərməyib".

O əlavə edib ki, tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş 2 449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb: "Cari müddət ərzində alınan avadanlıq və cihazların ümumi məbləği təxminən 32 milyon manat təşkil edib".

Son xəbərlər

Bütün Xəbər Lenti