"8-ci km" bazarında quş kəsimi yerinin fəaliyyəti dayandırılıb

Sağlamlıq
  • 24 noyabr, 2025
  • 17:17
8-ci km bazarında quş kəsimi yerinin fəaliyyəti dayandırılıb

Bakıda "8-ci km" bazarında qanunsuz quş kəsimi yerinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.

Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır.

Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

"8-ci km" bazarında quş kəsimi yerinin fəaliyyəti dayandırılıb

Son xəbərlər

Bütün Xəbər Lenti