61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
- 13 yanvar, 2021
- 13:40

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | Səfərova Ziyafət Müseyib qızı | İstehsal | Sahibkar fəaliyyətini dayandırmışdır. |
2 | İsmayılov Vaqif Teymur oğlu | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
|
3 | İbadov Emil Nazim oğlu | İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır.
|
4 | Vəliyev Dadaş Azadalı oğlu | İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır.
|
5 | "ZİRVƏ BROYLER" Məhdud Məsuliyyətli Cəmiyyəti | İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
|
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.