Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq

Region
  • 18 sentyabr, 2025
  • 17:08
Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına daxil olacaq və sentyabrın 25-dək orada qalacaq.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumatına görə, bu barədə brifinq zamanı bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, proqramda iki ölkənin sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub:

"Sentyabrın 23-25-də Rusiya FTX-nin "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına daxil olacaq. Səfər ikitərəfli əməkdaşlığın təsdiqlənmiş planları çərçivəsində həyata keçirilir. Səfər proqramında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub".

M.Zaxarova vurğulayıb ki, rusiyalı sərhədçilərin Azərbaycanın paytaxtına səfəri təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsinə qarşılıqlı istəyin olduğunu göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti