Volodimir Zelenski Ərdoğana təşəkkür edib
Region
- 22 sentyabr, 2022
- 07:15
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”,- o bildirib.
V.Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını deyib.
Qeyd edək ki, dünən R.T.Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Babayev Rüstəm Arif oğlu da var.
Son xəbərlər
01:07
DÇ-2026: Braziliya - Norveç oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol00:59
Fransada meşə yanğını səbəbindən 10 000 insan təxliyə olunur
Digər ölkələr00:29
NASA rəhbəri "Blue Origin"in raketinin partlayışının mümkün səbəbini açıqlayıb
Digər ölkələr00:08
Foto
SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib
Digər ölkələr23:57
Azərbaycanın U-20 basketbol millisi Avropa çempionatında ilk qələbəsini qazanıb
Komanda23:54
Maka Boçorişvili: Cənubi Qafqazda sülh "Orta Dəhliz"in inkişafı üçün mühüm əhəmiyyət daşıyır
Region23:45
Azərbaycan gimnastları Portuqaliyada Dünya Kubokunda uğurlu çıxış ediblər
Fərdi23:26
Azərbaycan gimnastı Mixail Malkin Dünya Kuboku seriyasının qalibi olub
Fərdi23:19