Fransada meşə yanğını səbəbindən 10 000 insan təxliyə olunur

Digər ölkələr
  • 06 iyul, 2026
  • 00:59
Fransada meşə yanğını səbəbindən 10 000 insan təxliyə olunur

Fransanın Qərbi Pireney departamentinin hakimiyyət orqanları nəzarətdən çıxmış böyük meşə yanğını səbəbindən təxminən 10 000 insanı təxliyə edir.

"Report"un məlumatına görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hakimiyyətin son sərəncamına əsasən, təxminən 5 500 nəfərin yaşadığı İy-sür-Tet kommunasında tam təxliyə elan edilib. Yanğınsöndürənlər ərazini təhlükəsizləşdirənə qədər onlar Perpinyanda Mulen-a-Van ərazisində yerləşdiriləcəklər.

Bundan əlavə, Aspr vilayətində və ətraf ərazilərdə yerləşən 19 kommunadan və bir neçə düşərgədən təxminən 5 000 nəfər təxliyə edilib.