Türkiyədə İŞİD əməliyyatı: 21 vilayətdə 300-dən çox şübhəli saxlanılıb - YENİLƏNİB
- 30 dekabr, 2025
- 11:48
Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.
Qeyd edək ki, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.
Türkiyənin İstanbul və Ankara şəhərlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbuldakı əməliyyat zamanı 110, Ankarada isə 17 şübhəli saxlanılıb.
Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.
Ankarada saxlanılan şübhəlilərdən 11-nin əcnəbi, 6-nın isə Türkiyə vətəndaşı olduğu bildirilib.