Tramp Venesueladakı əməliyyatı iqamətgahından izləyib
Digər ölkələr
- 03 yanvar, 2026
- 18:30
ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqo iqamətgahından izləyib.
"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun həbs edilməsini canlı yayımda izləmək "televiziya şousuna bənzəyirdi".
Tramp əməliyyat zamanı şəxsi heyət arasında həyatını itirənlərin olmadığını, lakin yaralananların olduğunu bildirib.
ABŞ Prezidenti qeyd edib ki, əməliyyat 2-4 gün əvvəl planlaşdırılıb, lakin pis hava şəraiti səbəbindən təxirə salınıb. Ağ Ev rəhbəri əlavə edib ki, Maduro və onun həyat yoldaşı Venesueladan vertolyotla çıxarılıb və gəmiyə mindiriliblər. Onlar Nyu-Yorka çatdırılacaqlar.
Son xəbərlər
09:38
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:31
Gəncənin pravoslav icması Milad bayramını qeyd edir
Din09:31
Zinəddin Zidanın oğlu yığmada unikal nailiyyətə imza atıb
Futbol09:29
Azərbaycanda pul bazası ötən il 7 %-dən çox artıb
Maliyyə09:28
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ötən il 5 % artıb
Maliyyə09:25
Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan gənci vuraraq öldürüb
Hadisə09:20
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Ekologiya09:18
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Sağlamlıq09:09