Türkiyədə ətir fabrikindəki yanğın nəticəsində 6 işçi həlak olub

Region
  • 08 noyabr, 2025
  • 12:15
Türkiyədə ətir fabrikindəki yanğın nəticəsində 6 işçi həlak olub

Türkiyənin Kocaeli vilayətində ətir fabrikində yanğın baş verib.

"Report"un "TRT Haber"ə istinadən məlumatına görə, Kocaelinin Dilovası rayonunda baş verən yanğın nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.

Şəhər valisi İlhami Aktaşın jurnalistlərə açıqlamasına görə, artıq yanğın söndürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti