İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb
Region
- 22 sentyabr, 2020
- 10:12

Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki mehmanxananın qarşısında avtomobilində aşkarlanıb.
Bildirilib ki, 57 yaşlı Andre Vlçek Rusiyada doğulub. O, həyat yoldaşı Rosse İndira Vlçek və iki sürücü ilə birgə 9 gün Türkiyənin Samsun şəhərində qalıblar. Oradan isə kirayə götürdükləri “VİP” xidmət avtomobili ilə İstanbula yola düşüblər.
Jurnalistin ölüm səbəbi məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.
Son xəbərlər
10:26
Ukraynalı futbolçu: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"
Futbol10:13
Foto
Rusiya bir gecədə Kiyevə 13 ədəd "İskəndər" raketi atıb
Digər ölkələr09:50
Vens Trampı "söndürmə açarı olmayan adam" adlandırıb
Digər ölkələr09:32
DÇ-2026: Türkiyə millisi bu gün İspaniya yığması ilə üz-üzə gələcək
Futbol09:18
Rusiya PUA-larının Kiyevə kütləvi hücumunda hökumət binasında yanğın olub, ölənlər var
Digər ölkələr09:00
Avropa Kuboku: Azərbaycan millisi 1/4 finalda bu gün Polşa ilə üz-üzə gələcək
Komanda08:48
BMT Əfqanıstanda zəlzələdən zərərçəkənlərə yardımı artırmağa çağırıb
Digər ölkələr08:21
Tovuzda qadın sürücü yol qəzasında xəsarət alıb
Hadisə08:12