İndoneziyada daşqınlar nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
- 06 yanvar, 2026
- 09:38
İndoneziyada Şimali Sulavesidə daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Agentliyə istinadən məlumat yayıb.
Bölgənin qubernatoru Yulius Selvanus yüzlərlə yaşayış evinin və inzibati binanın dağıldığını bildirib.
Ötən gün Siau adasında (Siau Taqulandaq Biaro rayonu) daşqına səbəb olan leysan yağışlar başlayıb. Ən azı 444 nəfər yerli məktəblərə və kilsələrə təxliyə edilib. İtkin düşənlərin axtarışı xilasetmə işçiləri və könüllülər tərəfindən həyata keçirilir.
Son xəbərlər
12:36
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət12:24
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ekologiya12:20
Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub
Energetika12:18
"İnter Mayami" Kevin De Brüyneni transfer etmək istəyir
Futbol12:10
Seutada ölən qanunsuz miqrantların sayı 88-ə yüksəlib
Digər ölkələr12:08
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb
Futbol12:02
Azərbaycanda ötən ay 32 nəfəri gün vurub
Sağlamlıq12:01
Foto
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Daxili siyasət11:59