Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir
Region
- 22 oktyabr, 2025
- 23:31

İsrail parlamentinin (Knesset) İordan çayının Qərb sahilinin ilhaqına yönəlmiş addımı beynəlxalq hüquqa ziddir və hüquqi qüvvəyə malik deyil.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb.
Rəsmi Ankara Qəzzada sülhün bərqərar olunmasına dair səylərin davam etdiyi bir dövrdə belə bir addımın atılmasını təxribat kimi dəyərləndirib.
"İordan çayının Qərb sahili Fələstin torpağıdır. Bu ərazidə İsrailin qanunsuz fakt yaratma cəhdlərinə yol verilməməlidir", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Knesset ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Son xəbərlər
02:05
Bessent ABŞ və Çin liderləri arasındakı görüşün müsbət keçəcəyinə ümid edir
Digər ölkələr01:40
ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr01:36
Tramp Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib
Digər ölkələr01:32
UEFA Çempionlar Liqasında daha 9 qarşılaşma baş tutub
Futbol01:27
BP Trampın tənqidindən sonra ABŞ-də dəniz külək elektrik stansiyası layihəsindən imtina edib
Digər ölkələr01:13
Tramp Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə icazə verildiyinə dair xəbərləri təkzib edib - YENİLƏNİB
Digər ölkələr00:51
Cevdet Yılmaz bütün dövlətləri İsrail parlamentinin qərarını qınamağa çağırıb
Region00:31
Orban Vaşinqtona səfər edəcək
Digər ölkələr00:14