Türkiyə və Pakistan XİN başçıları Qəzza ilə bağlı növbəti addımları müzakirə ediblər
Region
- 28 oktyabr, 2025
- 16:31
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər telefon danışığı zamanı Qəzzadakı vəziyyəti, həmçinin Fələstində davamlı sülhün əldə olunması üçün atılacaq növbəti addımlar və mexanizmləri müzakirə ediblər.
H.Fidan pakistanlı həmkarını BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Qəzza məsələsi üzrə aparılan diplomatik prosesdə iştirak etmiş tərəfdaş ölkələrin səkkiz xarici işlər nazirinin gələn həftə keçiriləcək görüşünə qatılmaq üçün Türkiyəyə dəvət edib.
Son xəbərlər
21:21
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
Digər ölkələr21:09
Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır
Daxili siyasət20:57
"İmişli"nin baş məşqçisi: "Qaradağ Lökbatan" şübhəli penalti qərarından sonra hesabı açdı"
Futbol20:47
Foto
Türkiyə XİN başçısının müavini Hikmət Hacıyev və Xələf Xələfovla ikitərəfli münasibətləri müzakirə edib
Xarici siyasət20:44
Netanyahu təcili şəkildə Qəzzaya güclü zərbələr endirilməsinə göstəriş verib
Digər ölkələr20:22
Mariam Laşxi: Azərbaycan-Ermənistan sülh prosesinə Gürcüstanın töhfəsi mühüm əhəmiyyət daşıyır
Region20:21
Foto
Nazir müavini beynəlxalq tədbirdə Qarabağda aparılan ekoloji bərpa işlərindən danışıb
Xarici siyasət20:17
Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülh üçün mühüm əhəmiyyət kəsb edir
Region20:15