Tokayev Qazaxıstanda birpalatalı parlament yaratmağı təklif edib
Region
- 08 sentyabr, 2025
- 12:31

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birpalatalı parlament yaratmağı təklif edib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, o, bu barədə xalqa müraciətində bildirib.
"Bu çox ciddi məsələdir, onun həllində tələsmək yersizdir. Bu islahat mütləq vətəndaş sektorunda, ekspert mühitində və əlbəttə ki, hazırkı parlamentdə müzakirə mövzusu olmalıdır", - K.Tokayev bildirib.
Onun fikrincə, müzakirənin aparılmasına azı bir il vaxt lazım olacaq: "2027-ci ildə ümummilli referendum keçirmək, sonra isə Konstitusiyaya lazımi dəyişikliklər etmək olardı".
K.Tokayev birpalatalı parlamentin yalnız partiya siyahıları üzrə seçilməli olduğu fikrini ifadə edib: "Bu, dünyada geniş yayılmış parlament ənənəsinə uyğun olacaq".
Son xəbərlər
20:57
Foto
Sahibə Qafarova: İnanırıq ki, Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona davamlı sülh gətirəcək
Milli Məclis20:51
Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıb
Fərdi20:41
WP: Fransadakı siyasi xaos Aİ-nin təhlükəsizlik sahəsindəki təşəbbüslərini poza bilər
Digər ölkələr20:37
ŞKTR-dəki prezident seçkilərinə müxalifət partiyasının sədri liderlik edir - YENİLƏNİB-3
Digər ölkələr20:29
Premyer Liqa: VIII tura "Neftçi" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulub
Futbol20:15
Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub
Hadisə19:44
Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Region19:38
İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini açıqlayıb - YENİLƏNİB
Digər ölkələr19:27