Tokayev Milli Bankın rəhbərinə inflyasiyanın azaldılması üçün tədbirlər görməyi tapşırıb

Region
  • 09 dekabr, 2025
  • 13:36
Tokayev Milli Bankın rəhbərinə inflyasiyanın azaldılması üçün tədbirlər görməyi tapşırıb
Kasım-Jomart Tokayev

Qazaxıstanın Milli Bankı qiymətləri sabit saxlamaq və orta müddətli 5% inflyasiya hədəfinə çatmaq üçün bütün zəruri tədbirləri görür.

"Report" Qazaxıstanın "Xabar" informasiya agentliyinə istinadən xəbər verib ki, bu barədə Qazaxıstanın Milli Bankının sədri Timur Suleymanov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı bildirib.

O, həmçinin mailiyə, valyuta və dövlət qiymətli kağızlar bazarındakı vəziyyəti, eləcə də Milli Fond aktivlərinin və qızıl-valyuta ehtiyatlarının vəziyyəti haqqında məlumat təqdim edib.

Tokayev Milli Bankın gələcək fəaliyyəti ilə bağlı bir sıra vəzifələr müəyyən edib, inflyasiyanın azaldılmasının, maliyyə bazarının sabit fəaliyyətinin təmin edilməsinin və sektorun rəqəmsal transformasiyasının əhəmiyyətinə xüsusi diqqət yetirib.

Son xəbərlər

Bütün Xəbər Lenti