Polşa Ukraynaya "MiQ-29" qırıcıları verməyi planlaşdırır
Digər ölkələr
- 10 dekabr, 2025
- 10:29
Polşa Ukrayna ilə bu ölkəyə "MiQ-29" qırıcı təyyarələrinin verilməsi barədə danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin baş qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, təyyarələrin verilməsi onların hədəf operativ resurslarına çatması, eləcə də Polşa Silahlı Qüvvələrində növbəti modernləşdirmə perspektivlərinin olmaması ilə əlaqədardır.
Həmçinin qeyd olunub ki, təyyarələrin verilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Təyyarələrin tədarükü ilə əlaqədar olaraq Ukrayna tərəfi ilə Polşaya pilotsuz uçuş aparatların və raketlərin müəyyən texnologiyalarının verilməsi barədə danışıqlar aparılır.
Son xəbərlər
14:29
Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ
Sağlamlıq14:24
"Şəfa" fransalı futbolçu Musa Quelini heyətinə cəlb edib
Futbol14:23
Rusiyada hamilə qadın yeddinci mərtəbədən yıxıldıqdan sonra sağ qalıb
Region14:16
Abdullah Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub
Futbol14:11
Kəlbəcərdə mina partlayışı olub
Hadisə14:05
TKTA xaricdə təhsil şirkətləri ilə bağlı müraciət yayıb
Elm və təhsil14:04
Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik I oxunuşda qəbul olunub
Energetika13:50
NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH
Analitika13:44