Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Region
  • 21 noyabr, 2025
  • 19:37
Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın Tbilisi şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report" xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.

İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.

Tbilisi televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti