Surqutda yanğın baş verib, dördü uşaq olmaqla, yeddi nəfər ölüb

Region
  • 05 noyabr, 2025
  • 07:28
Surqutda yanğın baş verib, dördü uşaq olmaqla, yeddi nəfər ölüb

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərində bağ evində baş verən yanğın nəticəsində dördü uşaq olmaqla, yeddi nəfər həlak olub.

"Report"un yerli KİV-lərə istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Yanğın nəticəsində yeddi nəfər həlak olub, onlardan dördü uşaqdır... Kəşfiyyat və konstruksiyaların sökülməsi zamanı yanğınsöndürənlər həyat əlamətləri olmayan üç böyük və dörd uşağın cəsədini aşkar ediblər", - məlumatda qeyd olunub.

Yanğının səbəbi elektrik avadanlığının qurulması və istismarı qaydalarının pozulması ola bilər, lakin hazırda hadisənin bütün hallarını Rusiya FHN-in təhqiqatçıları və İstintaq Komitəsinin müstəntiqləri araşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti