Rusiya Cənubi Qafqazdakı vəziyyətlə bağlı Ermənistanla məsləhətləşmələrə ümid edir

Region
  • 05 noyabr, 2025
  • 12:59
Rusiya Cənubi Qafqazdakı vəziyyətlə bağlı Ermənistanla məsləhətləşmələrə ümid edir

Rusiya Cənubi Qafqazdakı vəziyyətlə bağlı Ermənistanla məsləhətləşmələrə ümid edir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı bildirib.

"Regionda - ümumilikdə Qafqazda, Cənubi Qafqazda baş vermiş son hadisələr, müxtəlif hadisələrlə bağlı hər şey bizim məsləhətləşmələr keçirməyimizi tələb edir", - S.Şoyqu hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti