Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib - YENİLƏNİB

Din
  • 05 noyabr, 2025
  • 15:05
Bakıda Fərqliliyin rəngi festivalı keçirilib - YENİLƏNİB

Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər.

Bildirilib ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.

Eyni zamanda, tədbir Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.

"Fərqliliyin rəngi" festivalında müxtəlif dini icmaların mədəniyyətini və adət-ənənələrini əks etdirən bədii hissə nümayiş olunub.

Bədii hissədə İlahiyyat İnstitutunun tələbələri, xalq artisti Alim Qasımov və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri müxtəlif rəqs və musiqi kompozisiyaları ilə çıxış ediblər.

Rəsmi və bədii hissədən sonra festivalda dini icma nümayəndələrinin birgə dua mərasimi olub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Global Media Group"un media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Global Media Group-un media tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Fərqliliyin rəngi" festivalı keçirilir.

"Report" xəbər verir ki, tədbirdə 33 dini icma – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, müxtəlif yəhudi icmaları, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digər dini təşkilatlar iştirak ediblər.

Qeyd olunub ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Eyni zamanda festival Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.

Festival çərçivəsində dini icmaların fəaliyyətini əks etdirən sərgilər, ədəbiyyat nümunələri və əl işləri, eləcə də musiqi və rəqs proqramları təqdim olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti