Son üç ayda Avropada icazəsiz yaşayan 822 nəfər Gürcüstana qaytarılıb

Region
  • 15 oktyabr, 2025
  • 17:26
Son üç ayda Avropada icazəsiz yaşayan 822 nəfər Gürcüstana qaytarılıb

Bu ilin iyul–sentyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrində icazəsiz yaşayan 822 şəxs Gürcüstana geri göndərilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin dövrdə ümumilikdə 825 readmissiya müraciəti araşdırılıb və onlardan yalnız 3-ü rədd edilib.

Ən çox geri qaytarılma qərarı Almaniyada qəbul edilib - 482 Gürcüstan vətəndaşı. Onu Fransa (81 nəfər), İrlandiya (64), İsveçrə (39), Polşa (32), İtaliya (25) və Böyük Britaniya (12) izləyib.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında Aİ ölkələrindən 2 673 icazəsiz yaşayan Gürcüstan vətəndaşı ölkəyə qaytarılıb. Onlardan 1 143-ü birinci rübdə, 708-i isə ikinci rübdə geri gətirilib.

2024-cü ilin yekun məlumatına görə, ötən il ümumilikdə 4 171 Gürcüstan vətəndaşı readmissiya çərçivəsində geri göndərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti