Polşanın Baş naziri yaxın vaxtlarda Ukraynaya səfər edəcək

Digər ölkələr
  • 03 fevral, 2026
  • 01:12
Polşanın Baş naziri yaxın vaxtlarda Ukraynaya səfər edəcək

Polşanın Baş naziri Donald Tusk ölkə rəhbərliyinin dəvəti ilə Ukraynaya səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Yaxın günlərdə (Ukrayna prezidenti - red.) Volodimir Zelenskinin dəvəti ilə Kiyevdə olacağam. Bu kritik vaxtda Ukraynanı tək qoymaq olmaz", - Tusk yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti