Simonyan: II Qaregin parlament seçkilərindən əvvəl istefa verməlidir
Region
- 02 noyabr, 2025
- 16:17
2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
"Report" "Armenia Today" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bunu (seçkilərdən-red.) əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini "vaxtında" istefa verməyə çağırıb.
"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər", - spiker deyib.
Son xəbərlər
17:47
"Barselona" İngiltərə kubunun müdafiəçisini transfer siyahısına daxil edib
Futbol17:37
İranın baş prokuroru etirazçıları ölümlə hədələyib
Region17:35
"Araz-Naxçıvan" yoxlama oyununda 7 qol vurub
Futbol17:22
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ekologiya17:21
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Hadisə17:16
Bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya17:09
"Latsio" niderlandlı futbolçunun transferini açıqlayıb
Futbol17:00
Maya Sandu: İranda səslərini demokratik seçim üçün qaldıran cəsur insanlarla həmrəyik
Digər ölkələr17:00