İranın baş prokuroru etirazçıları ölümlə hədələyib
Region
- 10 yanvar, 2026
- 17:37
İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir, davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.
"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - ölkənin baş prokuroru bildirib.
O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.
Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.
Son xəbərlər
17:07
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Hadisə16:54
Fransa Prezidenti 17 il sonra ilk dəfə Suriyaya səfər edəcək
Digər ölkələr16:32
Foto
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Fərdi16:28
"Dawn": Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər
Digər ölkələr16:13
"Zirə" Kris Diqbeunu heyətinə qatıb
Futbol16:09
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi16:00
DÇ-2026: Braziliya Norveçlə, İngiltərə Meksika ilə üz-üzə gələcək
Futbol15:51
Netanyahu: Qəzzada demilitarizasiya olmadan bərpa işlərinin başlanmasına yol verilməyəcək
Digər ölkələr15:36