Si Cinpin Türkmənistanla münasibətləri dərinləşdirməyə hazır olduğunu bəyan edib

Region
  • 27 sentyabr, 2025
  • 07:18
Si Cinpin Türkmənistanla münasibətləri dərinləşdirməyə hazır olduğunu bəyan edib

Çin Türkmənistanla birlikdə siyasi qarşılıqlı etimadı dərinləşdirməyə və bir-birini qətiyyətlə dəstəkləməyə hazırdır

"Report"un məlumatına görə, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzetində yayımlanan ÇXR sədri Si Cinpinin Müstəqillik Günü münasibətilə türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədova ünvanladığı təbrik mətnində qeyd olunub.

"Çin tərəfi Türkmənistan tərəfi ilə birlikdə siyasi qarşılıqlı etimadı dərinləşdirməyə, bir-birini qətiyyətlə dəstəkləməyə, inkişaf strategiyalarının uzlaşdırılmasına töhfə verməyə, Çin və Türkmənistan arasında vahid tale birliyinin qurulması məqsədilə "Bir kəmər, bir yol" təşəbbüsünü təşviq etməyə hazırdır", - təbrikdə vurğulanıb..

ÇXR sədri Aşqabad və Pekin arasında çoxşaxəli əməkdaşlıq üzrə mühüm razılaşmaların əldə edildiyini və Çin-Türkmənistan münasibətlərinin inkişafında yeni mərhələnin müəyyənləşdirildiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti