Kəlbəcərdə Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
Qarabağ
- 27 sentyabr, 2025
- 09:55
Kəlbəcər rayonunda 27 sentyabr - Anım Gününə həsr olunan - "Yaşıl irs – əbədi xatirə" ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiya çərçivəsində Kəlbəcərin iqliminə uyğun 100 ədəd ağac (qara şam, çinar, birgöz, arizona sərvi və s) əkilib.
Layihənin əsas məqsədi Anım Gününün mahiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti təbliğ etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Qeyd edək ki, ağacəkmə aksiyası Prezidentin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Son xəbərlər
05:52
Süd Yolu qalaktikasının mərkəzində qara dəlik yox, qaranlıq maddə ola bilər
Elm və təhsil05:16
"SpaceX" raketi daha bir qrup "Starlink" internet peykini orbitə çıxarıb
İKT04:51
AP: Tramp ABŞ hərbçilərini İran və Ukrayna üzrə diplomatik səylərə cəlb edib
Digər ölkələr04:14
"The Washington Post" qəzetinin baş direktoru istefa verib
Digər ölkələr03:48
KİV: Şimali Koreyanın hakim partiyasının qurultayında əsas siyasət istiqamətləri müəyyən ediləcək
Digər ölkələr03:10
Foto
Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib
Hadisə02:58
Kiyevdə kritik infrastruktur alternativ enerji mənbələrinə keçirilib
Digər ölkələr02:33
İtaliyanın şimalında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Digər ölkələr02:04