Yeni səfir İsraillə Qazaxıstan arasında münasibətlərin dərinləşməsinə ümid edir

Region
  • 08 sentyabr, 2025
  • 10:49
Yeni səfir İsraillə Qazaxıstan arasında münasibətlərin dərinləşməsinə ümid edir

İsrailin Azərbaycandakı səfirinin keçmiş müavini yeni təyin olunmuş diplomatik missiya rəhbəri kimi Qazaxıstana gedib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Biz İsrailin yeni səfiri Yoav Bistritskini Qazaxıstanda salamlamaqdan məmnunuq. Səfir ümid edir ki, qarşıda bizi xalqlarımıza fayda gətirəcək və əməkdaşlıq üçün yeni imkanlar, təşəbbüslər gözləyir", - səfirlik bildirib.

Qeyd edək ki, Y.Bistritski daha əvvəl İsrailin Azərbaycandakı səfirinin müavini olub.