Şarl Mişel Gürcüstana səfər edib
Region
- 18 iyul, 2021
- 15:31
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.
Ş.Mişeli hava limanında Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel, Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstanın hökumət başçısı Tornike Rijvadze qarşılayıb.
Aİ rəsmisi sabah Batumidə keçiriləcək “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı konfransda iştirak edəcək. Beynəlxalq tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Moldova lideri Maya Sandu da qatılacaq.
Ş.Mişelin Gürcüstanın hakim partiya və müxalifət nümayəndələri ilə görüşləri də planlaşdırılıb.
Son xəbərlər
22:17
Foto
Video
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol21:48
Bakıda məscid yanır
Hadisə21:39
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Maliyyə21:26
Ermənistan hakimiyyəti 2032-ci ilədək hökumət proqramının müzakirəsinə başlayıb
Region21:19
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir"
Futbol21:12
Kiyevin Dayanıqlılıq Planı təsdiq edilib
Digər ölkələr21:07
"Fars": İran Hörmüz boğazının açılmasına görə yeni tələblər irəli sürəcək
Region20:59
İşıq kəsilməsinə görə Tbilisi metrosunun fəaliyyəti dayandırılıb - YENİLƏNİB
Region20:51
Foto