Bakıda məscid ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 05 avqust, 2026
- 22:31
Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Qurumdan "Report"a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.
Bakıda məsciddə yanğın başlayıb.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub