Şalva Papuaşvili Ermənistan Prezidenti ilə Orta Dəhlizin region üçün strateji əhəmiyyətini müzakirə edib
- 20 noyabr, 2025
- 14:16
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Ş.Papuaşvili Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinin regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, Cənubi Qafqazda üç ölkənin – Gürcüstan, Ermənistan və Azərbaycanın sıx əməkdaşlığı bölgəni daha cəlbedici edərək yeni iqtisadi imkanlar yarada bilər. Siyasi sabitliyin isə iqtisadi inkişafın əsasını təşkil edəcəyi qeyd olunub.
Tərəflər həmçinin üçtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsinin vacibliyinə toxunaraq Gürcüstan və Ermənistanın Aİ ilə münasibətlərini müzakirə ediblər. Bu kontekstdə Orta Dəhlizin region üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb.