Paşinyan Astanaya rəsmi səfər edib - YENİLƏNİB
- 20 noyabr, 2025
- 17:36
Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.
Səfər çərçivəsində noyabrın 21-də ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə bir sıra görüşlər planlaşdırılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 20-21-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan səfər çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək söhbət aparacaq, daha sonra nümayəndə heyətlərinin genişləndirilmiş tərkibdə danışıqları keçiriləcək.
O, həmçinin Qazaxıstanın Baş naziri Oljas Bektenov və Məclisin sədri Erlan Koşanov ilə görüşlər keçirəcək.
Ermənistanın Baş naziri "Astana Ekspo" sərgisi çərçivəsində "Alem.ai" beynəlxalq süni intellekt mərkəzinə və Qazaxıstan Milli Muzeyinə baş çəkəcək.