Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb
Region
- 23 oktyabr, 2017
- 11:39
Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın 31 yaşlı vətəndaşı ilə Rusiya sərhədçiləri arasında Kursk vilayəti ərazisində atışma olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyətlə əlaqələr mərkəzi yayıb.
“Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayəti üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən Ukraynadan Rusiyaya dövlət sərhədini qanunsuz yolla keçən 31 yaşlı Ukrayna vətəndaşı saxlanılıb”, - deyə məlumatda vurğulanıb.
Məlumata görə, sərhədi pozan şəxs saxlanılan zaman atəş açıb: “Atışma nəticəsində o, ağır yaralanıb”.
Saxlanılan şəxsdən iki tapança, 5 qumbara, 50 ədəd 5,45 mm çapında güllə, 26 ədəd ampula götürülüb. Ampulanın civə olduğu ehtimal edilir.
Son xəbərlər
13:30
Çin ABŞ və İranı Hörmüzdə gəmilərin təhlükəsiz hərəkətini bərpa etməyə çağırıb
Digər ölkələr13:23
"Level Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:15
Azərbaycanda pensiya xərcləri 10 % artıb
Maliyyə13:11
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Daxili siyasət13:05
Ukrayna Aİ-yə inteqrasiya üzrə bütün danışıqlar fəsillərini açmağa hazırdır
Digər ölkələr13:03
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Fərdi13:03
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Ekologiya13:03
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək
Digər ölkələr13:02
Video